XƏBƏRLƏR / Siyasət

Ərdoğan və Orban telefon danışığı aparıb

Bu barədə "TRT Haber" məlumat yayıb

Ərdoğan və Orban telefon danışığı aparıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Danışıq zamanı Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

    Prezident Ərdoğan Türkiyə ilə Macarıstan arasında əlaqələrin hər sahədə inkişaf etdirilməsi üçün çalışdıqlarını və əməkdaşlığın önümüzdəki dövrdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və Birgə Məşvərət Mexanizmi toplantıları ilə davam etdiriləcəyini bildirib.

    Ərdoğan Orbanı ad günü münasibətilə də təbrik edib.