XƏBƏRLƏR / Siyasət

İrəvan Türkiyə vasitəsilə Livana humanitar yardım göndərəcək

Bu barədə "Sputnik Armeniya" xəbər yayıb

İrəvan Türkiyə vasitəsilə Livana humanitar yardım göndərəcək
Arxıv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Türkiyə vasitəsilə Livana humanitar yardım göndərəcək - Sputnik Armeniya

    Hökumət qərarına əsasən, Türkiyə ilə Markara sərhəd keçid məntəqəsi humanitar yardımın keçirilməsi üçün 12-22 iyun tarixlərində açıq olacaq. Bu, çox güman ki, Türkiyə tərəfi ilə razılaşdırılıb.

    Xatırladaq ki ötən il Türkiyə artıq Ermənistanla sərhəd keçid məntəqəsini Suriyaya humanitar yardımın keçirilməsi üçün açmışdı.