XƏBƏRLƏR / Siyasət

Türkmənistan Prezidenti Azərbaycana səfəri gözlənilir

Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir

Türkmənistan Prezidenti Azərbaycana səfəri gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur.

    Bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.

    O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.