Hakan Fidan Sergey Lavrov ilə telefonla danışıb
Türkiyənin xarici işlər naziri rusiyalı həmkarı ilə Ukrayna və taxılla bağlı məsələni müzakirələri aparıblar
Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
“Danışıqlar zamanı nazirlər Ukrayna və taxılla bağlı İstanbul sazişi ətrafında son hadisələri müzakirə ediblər”, - mənbə bildirib.
İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda danışıqlardan sonra deyib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsini uzatmaq istəyir.
2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından qida və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddətə uzadılıb. Mayın 18-də Rusiya sövdələşmənin müddətini 60 gün, yəni iyulun 17-dək uzadacağını elan edərək, bu müddətin BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.