Hakan Fidan və Antoni Blinken arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri ABŞ Dövlət katibi ilə NATO-nun genişlənməsi məsələlərini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
NATO-nun genişlənməsi məsələləri, alyansın Vilnüsdə keçirilən sammit görüşləri, BMT vasitəsilə Suriyaya transsərhəd yardım mexanizminin genişləndirilməsi və Ukraynada baş verən son hadisələr müzakirə olunub.
Bundan əvvəl iyulun 5-də Blinken və Fidan arasında da danışıqlar aparılıb. Dövlət katibi İsveçin NATO-ya daxil olmasına Ankaranın dəstəyinin vacibliyinə diqqət çəkib, həmçinin kritik bir zamanda müdafiə bloku üzvlərini birliyə çağırıb. Söhbət zamanı diplomatlar digər məsələlərlə yanaşı, iyulun 17-də başa çatacaq “taxıl müqaviləsi”nin uzadılmasının vacibliyinə toxunublar.