Ərdoğan NATO sammitinə gedir
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Sammitdə Ukrayna müharibəsi və NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.