"Ruslar Qarabağdan çıxsalar, Rusiyaya qayıtmalıdırlar"
Bunu Nikol Paşinyan Ermənistanın 1-ci telekanalına müsahibəsində deyib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin 1-ci telekanalına müsahibə verib. Səsləndirdiyi əsas fikirlər:
- Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları getsələr, o zaman Rusiyaya qayıtmalı, Ermənistana yerləşdirilməməlidirlər.
- Vaxtilə 3+3 formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu, biz bu formatda davam etməyə hazırıq.
- Qranada Aİ-də Ermənistanla münasibətlərin dərinləşdirilməsi məsələsində konsensusun olduğunu göstərdi.