Donald Tramp və Vladimir Putin telefonla danışıblar
ABŞ Prezidenti söhbət haqda özünün "Truth" sosial şəbəkəsində yazıb YENİLƏNIB

22:50
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə söhbəti barədə yazısı yenə "Truth Social" saytında yerləşdirilib.
***
22:30
Tramp "Truth Social" şəbəkəsindən Putinlə telefon danışığı ilə bağlı yazısını silib.
***
21:50
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Trampın telefon danışığından danışıb.
Əsas məqamları topladıq:
- Putin və Tramp arasında 1 saat 10 dəqiqə davam edən söhbət bir saat əvvəl bitib.
- Putin Trampla söhbətində Rusiya və Ukrayna arasında İstanbulda danışıqların faydalı olduğunu vurğulayıb.
- Kiyevin Rusiya Federasiyasındakı aerodromlara hücumları mövzusu Putinlə Trampın söhbətində gündəmə gəlib.
- Putin və Tramp bir-biri ilə daimi təmasda olmağa hazır olduqlarını təsdiqləyiblər.
- Tramp bildirib ki, Rusiya nüvə məsələsində İran tərəfi ilə işləsə, minnətdar olar.
- Tramp Putinə Kiyevin Rusiya Federasiyasındakı aerodromlara hücum planları barədə ABŞ-a məlumat verilmədiyini deyib.
- Putinlə Trampın söhbətində Ukraynanın İstanbuldakı danışıqları pozmağa çalışdığı vurğulanıb.
***
21:31
Bu gün ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov da "TASS" agentliyinə təsdiqləyib.
Tramp isə özünün "Truth" sosial şəbəkəsində söhbətin təfərrüatlarını açıqlayıb.
Trampın Putinlə danışıqlarının tam mətni:
"Rusiya Prezidenti Vladimir Putinlə telefondan indicə ayrıldım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın Rusiya təyyarəsinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyil. Prezident Putin çox sərt şəkildə dedi ki, aerodromlara son hücuma cavab verməli olacaq.
Biz İrandan da danışdıq və İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtın necə daraldığını və bu, tez bir zamanda qəbul edilməlidir! Mən prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz razılaşdıq. Prezident Putin təklif edib ki, o, İranla danışıqlarda iştirak edəcək və ola bilsin ki, danışıqların tezliklə yekunlaşmasına kömək etsin. Fikrimcə, İran bu çox vacib məsələyə ayaq açır və bizə çox qısa zaman ərzində qəti cavab lazım olacaq!”.