11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.
“Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.




***
11:39
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfər edəcək.
Avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.
Azərbaycan Oyunlarda idman, mədəni və elmi proqramlarda təmsil olunacaq.
Sabah isə Şanxay Əəməkdaşlıq Təşkilatı öz işinə başlayır.
1 dəqiqədən az