ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaları ləğv edir
Bu barədə ABŞ-ın maliyyə departamentinin rəhbəri Skott Bessent məlumat verib

ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb.
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaları yumşaltmaq üçün hazırlıqlara başlayıb. Bu barədə ABŞ-ın maliyyə departamentinin rəhbəri Skott Bessent məlumat verib.
Bessent sosial şəbəkədə yazıb: “Nazirlik sanksiyaları yumşaltmağa çalışır ki, Suriya sabitləşsin və sülhə doğru irəliləyə bilsin”. Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarı ABŞ prezidenti Donald Tramp Ər-Riyada səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra açıqlayıb.
Qeyd edək ki, ABŞ hələ 1979-cu ildə Suriyaya qarşı sanksiyalar tətbiq edib. Onların zəiflədilməsi barədə qərarı Tramp yalnız indi açıqlayıb.