XƏBƏRLƏR / Siyasət

Ərdoğan-Zelenski görüşü keçirilib YENİLƏNİR

Bu barədə Türkiyə KİV-i məlumat yayıb

Ərdoğan-Zelenski görüşü keçirilib YENİLƏNİR
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 18:24

    Türkiyə və Ukrayna prezidentləri Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib.

    Bu barədə Türkiyə Prezident Administrasiyaı məlumat yayıb.

    Türkiyə prezidenti hazırkı mərhələdə Ukrayna-Rusiya müharibəsinin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.

    Ərdoğan danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini və həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb.

    Türkiyə lideri, həmçinin, iki liderin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.

    ***

    17:24

    Təxminən 3 saat davam edən Ərdoğan və Zelenskinin Ankara görüşü başa çatıb, 

    Bu barədə Türkiyə mətbuatı yazır.

    ***

    14:54


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskini Prezident Kompleksinin giriş qapısında qarşılayıb.

    Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkəndə şəkil çəkdiriblər.

    Mətbuata qapalı keçirilən görüşdə milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edir.

    Prezident Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında iş yeməyi veriləcək.

    Ərdoğanın Zelenski ilə görüşündə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyi gözlənilir.

    Səfər çərçivəsində keçiriləcək ikitərəfli və heyətlərarası danışıqlarda prezident Ərdoğanın Türkiyənin atəşkəs və sülh danışıqlarına gecikmədən başlamaq üçün yanaşmasını vurğulayacağı gözlənilir.


    ***

    14:30

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüş başlayıb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.


    ***

    13:10

    Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.

    VİDEO

    Zelenskini daşıyan təyyarə saat 12.14-də Ankara Esenboğa hava limanına eniş edib.

    Ukrayna Prezidenti Zelenskini NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı üçün Antalyaya səfər etdikdən sonra bu səhər Ankaraya gələn Ukraynanın xarici işlər naziri Andriy Sibiha və rəsmilər hava limanında qarşılayıblar.
    Zelenski Esenboğa hava limanında verdiyi açıqlamada İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını dəyərləndirib.

    Görüşlərin təşkilinə görə prezident Ərdoğana təşəkkür edən Zekenski, “İlk növbədə birbaşa danışıqlar üçün görüşü təşkil etdiyi üçün prezident Ərdoğana təşəkkür edirəm” deyib.

    Zelenski qeyd edib  ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün birbaşa danışıqlar aparılacağına dair “siqnal alanda” Ukrayna tərəfi olaraq bunu dərhal təsdiqləyiblər və bu gün Ankaraya gəliblər.

    "Danışıqların yüksək səviyyəli hissəsinə gəlincə, biz danışıqlara prezident Ərdoğanla görüşlə başlayacağıq. ABŞ tərəfi ilə də əlaqə saxlayırıq. Düşünürəm ki, onlar da Türkiyədə yüksək səviyyədə olacaqlar".

    Ukraynanın danışıqlara yüksək səviyyəli nümayəndə heyəti ilə gəldiyini, bu heyətdə xarici işlər naziri, prezident rəsmiləri, hərbçi və kəşfiyyatçıların olduğunu bildirən Zelenski, "Rusiya heyətinin səviyyəsi aldadıcıdır. Bundan sonrakı addımlara Ərdoğanla görüşdən sonra qərar verəcəyik. Rusiya nümayəndələrinin səlahiyyətinin nə olduğunu anlamaq lazımdır" deyib.

    ***
    11:55

    Bu gün Türkiyə vaxtı ilə saat 13:00 (Bakı vaxtı ilə saat 14:00) Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankarada (Prezident Kompleksi) rəsmi qarşılanma mərasimi olacaq.

    Daha sonra liderlərin ikitərəfli görüşü keçiriləcək. 

    Türkiyə vaxtı ilə saat 14:00 (Bakı vaxtı ilə saat 15:00) nümayəndələrarası iş yeməyi olacaq.