Tramp Si Cinpini hava limanında qarşılayıb
Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək
ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə Vaşinqtona gələn Çin Sədri Si Cinpini Endryus hərbi aviabazasında şəxsən qarşılayıb.
Xarici medianın məlumatına görə, Çin lideri üçün qırmızı xalça sərilib, fəxri qarovul düzülüb. Tramp və Si Cinpin əl sıxaraq bir neçə dəqiqə söhbət ediblər.
Mərasim zamanı Çin və ABŞ-ın dövlət himnləri səsləndirilib, artilleriya yaylım atəşi açılıb. Aviabazanın üzərindən B-1 bombardmançıları da daxil olmaqla ABŞ hərbi təyyarələri uçub. Ağ Evin məlumatına görə, aerodromda altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.
Donald Tramp və birinci xanım Melaniya Tramp Si Cinpin və həyat yoldaşı Pen Liyuanı avtomobilədək müşayiət ediblər.
Çin XİN-in məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək.
“Financial Times” daha əvvəl yazıb ki, ABŞ Prezidentinin Çin liderini şəxsən Endryus aviabazasında qarşılaması protokol baxımından qeyri-adi addımdır. Nəşrin məlumatına görə, ABŞ-ın fəaliyyətdə olan prezidenti sonuncu dəfə 1962-ci ildə – Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı bu aviabazada şəxsən qarşılayıb.
1 dəqiqə