XƏBƏRLƏR / Siyasət

Donald Tramp Ağ Evdə Si Cinpini qəbul etdi

Donald Tramp Ağ Evdə Si Cinpini qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Donald Tramp Ağ Evdə Si Cinpini qəbul edib.

    Xalqlarımız o müharibədə (II Dünya müharibəsi - ANS Press) qalib gəlmək üçün birlikdə çalışdığı kimi, Prezident Si və mən ölkələrimiz üçün daha yaxşı bir gələcək yaratmaq üçün birlikdə işləməyə davam edəcəyik, - Tramp çıxışında qeyd etdi.

    Si Cinpin də öz növbəsində qeyd etdi ki, Çin və ABŞ səmimi şəkildə əməkdaşlıq etməlidirlər:

    Çin və ABŞ-ın maraqları bir-biri ilə sıx bağlıdır və bizim birlikdə işləmək üçün bir çox imkanlarımız var. Çin və ABŞ arasında əməkdaşlıq dünyanın bütün problemlərini həll etməyə bilər, lakin bizim əməkdaşlığımız olmadan dünyanın bir çox problemlərinin həlli çətin olacaq. Çin qapılarını geniş açıq saxlayır və orada investisiya qoymaq və biznes aparmaq istəyən Amerika şirkətlərini alqışlayır.