XƏBƏRLƏR / Siyasət

Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib

Beynəlxalq Hava Limanında qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb

Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

    Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.