XƏBƏRLƏR / Siyasət

Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşüb

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib

Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib.

    Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    "Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiqləyir. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat söhbət edib", - deyə səfirlikdən bildirilib.

    Görüşün təfərrüatları barədə məlumat verilməyib.