XƏBƏRLƏR / Siyasət

ATƏT PA Gürcüstan əleyhinə qətnamə qəbul edib

Qətnamədə Gürcüstan hakimiyyətinin ölkəni Avropaya inteqraisya yolundan uzaqlaşdırdığı vurğulanıb

ATƏT PA Gürcüstan əleyhinə qətnamə qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ATƏT Parlament Assambleyası Gürcüstanda ictimai-siyasi vəziyyətə dair qətnamə qəbul edib.

    Qətnamədə siyasi məhbusların azadlığa buraxılması, dialoq çağırışı edilib, mətbuat və sərbəst toplaşmaq və digər hüquq və azadlıqların təmin edilməsi tələb edilib.

    Qətnamədə 26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərində müşahidə missiyasının elektoral prosesdə bir sıra qayda pozuntuları aşkarladıqları və bundan dərin narahatlıq keçirildiyi qeyd edilib.

    Hakimiyyətin inzibati resurslardan istifadə etdiyi, bunun seçki azadlığı prinsipinə zidd olduğu qeyd edilib. Həmçinin dinc etirazçılara qarşı qeyri-bərabər güc tətbiqi qınanılıb.

    Qətnamədə jurnalistlərin, ictimai fəalların və müxalif siyasətçilərin siyasi motivli həbslərindən, Aİ əleyhinə artan ritorikadan, Rusiya və Çinlə güclənən əlaqələrdən narahatlıq ifadə edilib, Gürcüstan hakimiyyətinin ölkəni Avropaya inteqraisya yolundan uzaqlaşdırdığı vurğulanıb. Qətnamədə Gürcüstan rəsmilərindən vəziyyətin de-eskalasiyası, milli dialoq, Gürcüstan demokratiyasına ictimai etimadın bərpası çağırışları edilib, həmçinin ölkənin Aİ-yə inteqrasiya yoluna qaytarılması, sərbəst toplaşmaq və dinc etiraz hüquqlarına hörmət edilməsi tələb edilib.