XƏBƏRLƏR / Siyasət

Ərdoğan Trampla görüşündən məmnunluğunu ifadə edib

Türkiyə Prezidenti bunu ABŞ-dan qayıdan zamanı jurnalistlərə bildirib

Ərdoğan Trampla görüşündən məmnunluğunu ifadə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "100 milyard dollarlıq ticarət hədəfimizə çatmaq üçün ticarətin asanlaşdırılması tədbirləri, o cümlədən gömrük rüsumlarına yenidən baxılması ilə bağlı fikir mübadiləsi apardıq. Biz həmçinin konstruktiv şəkildə müdafiə sahəsində əməkdaşlığa zəmin yaradacaq addımları nəzərdən keçirdik. Ticarət və investisiya məsələləri, həmçinin Qəzzada baş verən humanitar fəlakət və Suriya məsələsi müzakirə edildi. Mən də cənab Trampın qlobal sülh vizyonunu dəstəkləyirəm", - deyə Türkiyə Prezidenti Ərdoğan ABŞ-dan qayıdan Trampla görüşü zamanı bildirib.

    O, gözəl səfər olduğunu və danışıqların səmimi, konstruktiv və məhsuldar atmosferdə keçdiyini qeyd edib. "Cənab Tramp və onun nümayəndə heyəti bizi Ağ Evdə çox səmimi qarşıladı. Vaşinqtondan məmnun şəkildə ayrılırıq", - Türkiyə lideri əlavə edib.