Ərdoğan ABŞ-da səfərdədir
Türkiyə Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının (BMT) 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.
Türkiyə lideri Nyu Yorkdakı Türk Evini ziyarət edib.
Ərdoğan binanın qarşısında onu qarşılayan türk icmasının nümayəndələri ilə görüşüb və qısa söhbət edib.
Sessiyanın “Yüksək Səviyyə Həftəsi” sentyabrın 23-də başlayacaq. Ənənəvi olaraq, ilk olaraq Braziliya prezidenti, ardınca isə ev sahibi ölkənin dövlət başçısı kimi Amerika lideri çıxış edəcək. Ərdoğan BMT Baş Assambleyasında kürsüyə çıxmaq üçün dördüncü olacaq.
Bu il 80-ci dəfə keçirilən “Yüksək Səviyyəli Həftə”də BMT-yə üzv olan 193 ölkənin dövlət və hökumət başçıları, bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.