Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək
Fransız şərhçilər Olimpiya prinsiplərini kobud şəkildə pozublar
Bakı “France 2” kanalında Ermənistandan olan komandanın açıqlaması zamanı Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan əleyhinə siyasi şüarlar səsləndirən fransız şərhçilərinin Olimpiya prinsiplərini kobud şəkildə pozması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.
Bu barədə "Telegram" kanallar məlumat yayıb.
Jurnalist Loran Delahus “erməni xalqının tarixən Fransaya yaxın olduğunu” və “ermənilərin Azərbaycan ordusundan əziyyət çəkdiyini və Dağlıq Qarabağı itirdiyini” bəyan edib.