İran Trampın məktubuna cavab verib
Bunu İranın xarici işlər naziri Abbas Ərağçi deyib

İran ABŞ Prezidenti Donald Trampın Omanın vasitəçilik xidmətlərindən istifadə edərək İslam Respublikasının ali dini lideri Əli Xameneiyə ünvanladığı məktubuna rəsmi cavab verib.
Bunu İranın xarici işlər naziri Abbas Ərağçi IRNA agentliyinə müsahibəsində deyib.
“Dünən (çərşənbə günü - red.) Omanın vasitəçiliyi ilə Trampın məktubuna müvafiq formada rəsmi cavab göndərilib.