XƏBƏRLƏR / Siyasət

Ərdoğan Putinlə telefonla danışıb YENİLƏNİB

Rusiya və Türkiyə prezidentləri Ukraynadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər

Ərdoğan Putinlə telefonla danışıb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:26

    Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ətraflı telefon danışığı olub.

    Kremlin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda strateji layihələrin təşviqi üzrə qarşılıqlı faydalı Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafının cari məsələləri nəzərdən keçirilib.

    "İkitərəfli münasibətlərin müsbət dinamikası və qarşılıqlı ticarət dövriyyəsinin artımı məmnunluqla qeyd olunub.

    Rusiya Prezidenti Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Rusiya-Amerika münasibətlərinin normallaşdırılması üçün ABŞ-la dialoqun gedişatını dəyərləndirib. Ən yüksək və digər səviyyələrdə keçirilən təmasların konstruktiv xarakteri qeyd olunub. O cümlədən, iki ölkənin ekspert qrupları arasında Ər-Riyadda bu yaxınlarda aparılmış məsləhətləşmələrin nəticələri və martın 18-dən etibarən Rusiya və Ukraynanın enerji obyektlərində 30 gün müddətinə moratoriumun qoyulması ilə bağlı əldə olunmuş razılaşma müzakirə edilib".

    Eyni zamanda Putin Ukrayna tərəfinin Rusiyanın enerji infrastrukturuna davam edən hücum təxribat cəhdlərinə diqqət çəkib.

    "İlkin olaraq 2022-ci ilin iyulunda Türkiyə və BMT Katibliyinin vasitəçiliyi ilə bağlanmış, lakin faktiki olaraq həyata keçirilməyən təhlükəsiz daşımalara dair “Qara dəniz təşəbbüsü”nün bərpası və Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

    Rəcəb Tayyib Ərdoğan Rusiya-Amerika dialoqunu dəstəklədiyini və Türkiyə tərəfinin “Qara dəniz sazişi”nin irəliləyişini asanlaşdırmağa hazır olduğunu bildirib.

    Suriya Ərəb Respublikasındakı mövcud vəziyyəti müzakirə edərkən liderlər ölkənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini, daxili siyasi sabitliyin möhkəmləndirilməsi, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinə hörmətlə yanaşılması üçün onun hakimiyyət orqanlarına və xalqına hər cür köməklik göstərilməsinin vacibliyini vurğulayıblar.

    Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və bütün türk xalqını müsəlmanların müqəddəs Ramazan ayı və qarşıdan gələn Fitr bayramı münasibətilə təbrik edib.

    Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", Kremlin yaydığı məlumatda qeyd olunub.

    ***

    13:35

    Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danıığı olub.

    Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin nizamlanması müzakirə olunub.

    Prezident Ərdoğan: Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün atılması lazım olan xoşməramlı addımlar sülh prosesinə töhfə verəcək.

    Ərdoğan Ankaranın etibarlı və davamlı sülhə nail olmaq üçün sülh danışıqlarının təşkili də daxil olmaqla istənilən dəstəyi verməyə hazır olduğunu bildirib.

    Prezident Ərdoğan Putinlə söhbətində Suriyada davamlı sülh və sabitliyə nail olmaq üçün Türkiyə və Rusiya arasında birgə işin vacibliyini vurğulayıb.

    Prezidentlər Ankara ilə Moskva arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edib.