Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ehtimal olunan üçtərəfli görüş barədə danışıb. TASS xəbər verir ki, mətbuat katibi MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmayacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda ikitərəfli görüşlər keçirəcək. Bunu da Dmitri Peskov deyib.