Lavrov və Mirzoyan Səmərqənddə görüşüblər
Rusiya və Ermənistann XİN rəhbərləri MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində danışıblar
 
                                Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində baş tutub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lavrovla Mirzoyan arasında söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, MDB Nazirlər Şurasının növbəti iclasının gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələ daxil edilib. Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanı MDB Nazirlər Şurasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            