"Azərbaycan əsgərinə qarşı zorakılığı görmək dəhşətlidir"
Böyük Britaniyanın Azərbaycanndakı səfirliyinin bəyanatında belə deyilir
Britaniya səfirliyi və səfir Ferqus Oldun Twitter hesablarında belə yazı dərc olunub: "Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videogörüntülərin yayıldığını görmək dəhşətlidir. Beynəlxalq humanitar hüquq qanunlarına görə belə rəftar qəbuledilməzdir. Regionda davamlı sülhə nail olmaq üçün belə hallar pislənməlidir".