Azərbaycan ABŞ Prezidentinin diqqətindədir
Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst deyib
Azərbaycan ABŞ Prezidentinin diqqətindədir və bu sizin üçün yaxşı olduğu kimi, bizim üçün də yaxşıdır.
Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst jurnalistlərə açıqlamasında deyib.
“Əgər ABŞ Tramp dəhlizinə cavabdeh olarsa, onun fəaliyyətinə nəzarət edərsə, o zaman ekstraterritoriallıqla bağlı çətin məsələlər kənara qoyulur. Məncə, bu, Cənubi Qafqazda sülhə böyük bir töhfədir. Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və hətta Mərkəzi Asiya üçün ticarət və investisiyanın hərəkətverici qüvvəsi kimi nəzərdə tutulub — Mərkəzi Asiyadan Avropa bazarlarına məhsulların daşınmasını nəzərdə tutan Orta Dəhlizin bir hissəsi kimi. Mənim fikrimcə, bu, Tramp komandasının təkcə Azərbaycanla yox, həm də Ermənistan və Türkiyə ilə münasibətlərə verdiyi ən mühüm töhfədir”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, bununla bərabər, başqa istiqamətlər də var: “Bildiyiniz kimi, ABŞ burada Azərbaycanın neft hasilatının inkişafında çox fəal olub. ABŞ Azərbaycan neftinin dünya bazarlarına Rusiyanın təsirinə məruz qalmadan çıxarıla bilməyi üçün çoxsaylı boru kəmərləri siyasətinin əsas təşəbbüskarı olub. Bu isə Azərbaycanın rifahı üçün son dərəcə vacibdir və artıq 30 ildən çoxdur elədir və bu, davam edəcək.
Heç şübhə yoxdur ki, Azərbaycan ABŞ Prezidentinin diqqətindədir və bu, sizin üçün çox yaxşı olduğu kimi, bizim – ABŞ üçün də çox yaxşıdır. Vaşinqtonda yüksək səviyyəli rəhbərliyin Cənubi Qafqaza, Azərbaycana, Mərkəzi Asiyaya müsbət və keyfiyyətli diqqət göstərməsi sevindiricidir”.
Herbst qeyd edib ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı bu strateji nəqliyyat marşrutunun həyata keçirilməsini irəlilətməyə imkan verib.
“Orta Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və regional tərəfdaşlar üçün ticarət və investisiyanın hərəkətverici qüvvəsi ola bilər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin Dəhlizin həyata keçirilməsinə nəzarəti marşrutun təhlükəsiz və sabit fəaliyyət göstərməsi üçün şərait yaradır ki, bu da regionda iqtisadi və nəqliyyat əməkdaşlığı üçün uzunmüddətli perspektivlər açır.
2 dəqiqə