Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi
Təhlükəsizlik mülahizələrinə əsaslanan məhdudiyyətlər isə qüvvədə qalır

Suriya Mərkəzi Bankı, neft və pambıq sənayesində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla 24 şirkət qara siyahıdan çıxarılıb. Bununla belə, təhlükəsizlik mülahizələrinə əsaslanan məhdudiyyətlər qüvvədə qalır.
Qeyd olunur ki, bu addım Aİ xarici işlər nazirlərinin mayın 20-də Aİ-nin Suriyaya qarşı sanksiyalarının ləğvinin məqsədəuyğunluğu ilə bağlı siyasi qərarının icrası olub.