Si Cinpin və xanımının şərəfinə Ağ Evdə şam yeməyi verilib
Dövlət şam yeməyində böyük texnologiya şirkətlərinin rəhbərləri də iştirak ediblər
Ağ Evdə ABŞ-da üç günlük səfərdə olan Çin sədri Si Cinpin və onun xanımı Penq Liyuanın şərəfinə dövlət şam yeməyi verilib.
Donald Tramp Si Cinpinə ABŞ-ın simvolu olan ağbaş qartal heykəlini hədiyyə edib və “Bizim heç vaxt belə yaxşı münasibətlərimiz olmayıb” deyib, həmçinin Ağ Evdə tikilən yeni bal zalını qonaqlara göstərməyi təklif edib.
Dövlət şam yeməyində "Tesla"nın baş direktoru İlon Mask, "Apple"ın baş direktoru Tim Kuk, OpenAI-dən Sam Altman və "Nvidia"dan Censen Huanq da daxil olmaqla, böyük texnologiya şirkətlərinin rəhbərləri də iştirak ediblər. Onlar Tramp və Cinpinlə eyni masada oturublar.
1 dəqiqədən az