XƏBƏRLƏR / Siyasət

Tokayev Bakı ilə İrəvan arasında sülhün olmasında maraqlıdır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan mətbuatına müsahibə verib

Tokayev Bakı ilə İrəvan arasında sülhün olmasında maraqlıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstan Bakı ilə İrəvan arasında sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

    Bunu Qazaxıstan orezidenti Kasım-Jomart Tokayev Ermənistan mətbuatına müsahibəsində deyib.

    "Qazaxıstan bu mövzuya biganə qalmır. Bizə iki dost dövlət arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıyıq. İrəvanla Bakı arasında davamlı sülhün bərqərar olması ölkəmizin maraqlarına uyğundur", - deyib.

    Prezident Tokayev əlavə edib ki, Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.

    O, həmçinin vurğulayıb ki, Avrasiyanın nəqliyyat sistemində Cənubi Qafqazın əhəmiyyəti xeyli artıb və buna görə də regionda nəqliyyat marşrutlarının açılması zərurətə çevrilir.

    "Nəqliyyat əlaqələrinin tam işləməsi bütün Cənubi Qafqazın iqtisadi inteqrasiyası və regionda sabit sülhün bərqərar olması istiqamətində mühüm addımdır", - dövlət başçısı qeyd edib.

    Qeyd edək ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək. Burada o, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcək.