XƏBƏRLƏR / Siyasət

Şalva Papuaşvili Aleksey Overçukun bəyanatını təkzib etdi

Gürcüstan Parlamentinin spikeri Rusiya Baş nazirinin müavininin Abxaziya dəmir yolunun açılması haqda bəyanatına cavab verdi

Şalva Papuaşvili Aleksey Overçukun bəyanatını təkzib etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Rusiya Baş nazirinin müavini Aleksey Overçukun dünən jurnalislərə Abxaziya vasitəsilə Rusiya ilə Gürcüstan arasında dəmir yolu xidmətinin bərpası imkanı haqda verdiyi məlumatı təkzib etdi.

    Papuaşvili bəyan edib ki,

    "Gürcüstanın Abxaziya vasitəsilə dəmir yolu xidmətinin bərpası ilə bağlı Rusiya ilə heç bir əlaqəsi olmayıb. Rusiya Federasiyası ilə münasibətlərin bərpası ilə bağlı bu məsələ dəfələrlə müzakirə olunub və sadə bir şərt var: Gürcüstanın ərazi bütövlüyünün bərpası."