ABŞ Konqresi F-16 qırıcılarına görə Türkiyəyə şərt qoydu
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib

ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışının əleyhinə deyil, ancaq Ankaraya xatırladır ki, Konqres məsələni İsveçin NATO-ya daxil olması ilə əlaqələndirir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Biz də öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Amma Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra mümkün olacağını söyləyənlər var. Biz Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib.
Dekabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq ABŞ-ın F-16 qırıcılarının tədarükü ilə bağlı qarşılıqlı qərar qəbul edəcəyinə ümidvar olduğunu bildirib.