Bişkekdə KTMT-nin sammiti keçirilir YENİLƏNİB
Bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb
12:48
Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekunlarına əsasən, dövlət başçıları KTMT-nin ali orqanının bəyannaməsini imzaladılar.
Bu barədə təşkilatın məlumatında deyilir.
Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan liderləri iştirakçı ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aktual məsələləri müzakirə edib, 2025-ci ildə KTMT-nin əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin yekunlarını nəzərdən keçiriblər. Qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müəyyən edilib. İclas zamanı Qırğızıstan nümayəndəsi Taalatbek Masadıkovun 1 yanvar 2026-cı il tarixindən etibarən üç il müddətinə KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar təsdiqlənib. Bundan əlavə, dövlət başçıları kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsinə yönəlmiş digər sənədləri də imzalayıblar.
***
11:55
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTMT KTŞ) iclası başlayıb.
Bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.
Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rahmon "Intımak Ordo"ya gəliblər.
Onları Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

Fotoçəkiliş mərasimindən sonra KTMT KTŞ-nin məhdud formatda iclası başlayıb.

1 dəqiqə