İlham Əliyev Rusiyaya işgüzar səfərə gedir
Bu barədə Kremlin mətbuat xidməti xəbər verib
Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və Rusiyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar keçiriləcək, Kremlin mətbuat xidməti xəbər verir.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin cari regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır.
Baykal-Amur Magistralının tikintisinə başlanmasının 50 illiyi münasibətilə Vladimir Putin və İlham Əliyev BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcəklər. Məlum olduğu kimi, dəmir yolunun tikintisi ilə bağlı məsələlərə birbaşa Azərbaycan Prezidentinin atası Heydər Əliyev rəhbərlik edirdi”, - Kremlin bəyanatında deyilir.