XƏBƏRLƏR / Siyasət

İsveçin Baş naziri NATO-ya üzvlüyü Orbanla müzakirə edəcək

SVT Nyheter telekanalı xəbər verir

İsveçin Baş naziri NATO-ya üzvlüyü Orbanla müzakirə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orbanla fevralın 1-də Brüsseldə NATO-ya üzvlüklə bağlı görüş keçirməyə razılıq verib.

    SVT Nyheter telekanalı xəbər verir ki, bu barədə məlumat Ulf Kristerssonun məktubunda yer alıb.

    “Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə bu məsələni daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək mühüm iclasında da görüşmək imkanımız olacaq”, - deyə İsveçin Baş naziri bildirib.

    Qeyd edək ki, bir müddət öncə Viktor Orban NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün isveçli həmkarını Budapeştdə görüşə çağırıb.