ABŞ-da üçtərəfli görüş başladı YENİLƏNƏCƏK
Blinkenin vasitəçiliyi ilə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
ABŞ-da dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar davam edir.
Xəbər Azərbaycan XİN-in rəsmi Twitter səhifəsində verilib.
Qeyd olunur ki, danışıqlar bir neçə gün davam edə bilər.
Xatırladaq ki, ən uzun çəkən Azərbaycan-Ermənistan danışıqları ABŞ Dövlət katibi Kolin Pauelin vasitəçiliyi ilə 2001-ci ilin aprel ayına təsadüf edir. Prezident Heydər Əliyev və Robert Koçaryanın Ki-Vest (ABŞ) danışıqları fasiləsiz olaraq 4 gün (3-6 aprel) davam edib və Ermənistan tərəfinin qeyri konstruktiv mövqeyinə görə nəticəsiz başa çatıb.