Çin Yəməndəki husilərlə bağlı İrana ciddi xəbərdarlıq edib
Bu barədə "Reuters" agentliyi dörd iranlı mənbəyə və bir diplomata istinadən yazır

Çin liderləri ikitərəfli ticarət üçün riskləri əsas gətirərək, İran hakimiyyətindən Yəməndəki husi üsyançılarını ticarət gəmilərinə hücumdan çəkindirməyi xahiş ediblər. Bu barədə Reuters agentliyi dörd iranlı mənbəyə və bir diplomata istinadən yazır.
Nəşrin məlumatına görə, bu məsələ bu yaxınlarda Pekin və Tehranda keçirilən bir neçə görüşdə müzakirə olunub. “Çin mahiyyət etibarı ilə deyir: Əgər bizim maraqlarımıza hər hansı şəkildə zərər vurularsa, Tehranla işimizə təsir edəcək. Buna görə də husilərə təmkin göstərmələrini söyləyin”, - nəşr İran rəsmilərindən birinin sözlərini yazır.
Dünyanın ən böyük ticarət oyunçularından biri kimi Çin Qırmızı dənizdə gəmiçiliklə bağlı yaranan fasilələrdən xeyli əziyyət çəkir və regionda sabitliyin bərpası onun üçün prioritetdir, keçmiş Çin diplomatı, neft nəhəngi Saudi Aramco-nun müşaviri Viktor Qao və Bu barədə Reuters agentliyinə Çinin Soochow Universitetinin professoru bildirib. Bununla belə, onun sözlərinə görə, Pekin bu problemin əsas səbəbini İsrailin Qəzza zolağında müharibə aparmasında görür və buna görə də açıq şəkildə Husiləri günahlandırmaq istəməyəcək.
İki iranlı insayder Reuters agentliyinə bildirib ki, Çini diqqətdən kənarda qoymaq olmaz, Tehranın başqa prioritetləri var. Siyasi ittifaqlar və ideoloji mülahizələr Çinlə tərəfdaşlıqdan daha vacib ola bilər.