Makron Suriyanın prezidenti Əl-Culanini Fransaya dəvət edib
Bu barədə Makron Əl-Culani ilə telefon danışığından sonra elan edib

Əl-Culani Makrondan Fransaya səfər dəvəti alıb
Suriyanın müvəqqəti prezidenti əl-Culani Fransa prezidenti Makrondan yaxın həftələrdə Fransaya səfər etmək üçün rəsmi dəvət alıb. Telefon danışığı zamanı iki ölkə liderləri Suriyanın gələcəyini, terrorla mübarizəni və ölkədə keçid prosesinin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.
Makron Suriya Demokratik Qüvvələrinin (SDQ) bu prosesə inteqrasiyasının vacibliyini vurğulayıb. Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar da müzakirə edilib.