Astana "Taliban"ı qadağan olunmuşlar siyahısından çıxardı
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib

Qazaxıstan "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “Kazinform” agentliyinin müsahibəsində bildirib.
Xatırladaq ki, "Taliban" hərəkatı 1986-87-ci illərdə yaranıb. Dünyanın bəzi ölkələrində qadağan olunmuş terror təşkilatı kimi tanınır. "Taliban" Əfqanıstanı 1996-2001-ci illərdə idarə edib. Hərəkat 2021-ci ildə ABŞ qoşunlarının ölkədən çıxarılmasından sonra hakimiyyətə qayıdıb.
"Taliban" müxtəlif ölkələrlə, o cümlədən Qazaxıstanla diplomatik əlaqələr qurmağa, dünya ictimaiyyətinin gözündə özünü reabilitasiya etməyə çalışır. Onlar ən yaxın qonşuları ilə fəal ticarət əlaqələri qururlar.