7 ildə ilk dəfə: Modi Çində Si Cinpin ilə görüşür VİDEO
Hindistanın Baş naziri Modi Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammitində iştirak edir

Hindistanın Baş naziri Narendra Modi son 7 ildə ilk dəfə Çində olub və burada Tyantszində keçirilən ŞƏT sammiti çərçivəsində Çin sədri Si Cinpinlə görüşüb. VİDEO
ABŞ-ın artan təzyiqi, o cümlədən Rusiya neftinin alınması səbəbindən Hindistan mallarına 50% tariflərin tətbiqi fonunda, Modi və Si ticarət-iqtisadi əlaqələrin gücləndirilməsini və xarici təsirlərdən strateji muxtariyyətə ehtiyacı müzakirə ediblər.
“Bizim əlaqələrimiz üçüncü ölkələr tərəfindən müəyyən edilməməlidir”, - Modi vurğulayıb. Öz növbəsində Si Cinpinq bildirib ki, Hindistan və Çin ümumi maraqlara diqqət yetirsələr, rəqib deyil, strateji tərəfdaş ola bilərlər.
Sərhəd məsələsinə xüsusi diqqət yetirilib. 2020-ci ildə Hindistan və Çin qoşunları arasında toqquşmaların baş verdiyi Himalay dağlarında uzun müddətdir davam edən ərazi mübahisəsinə baxmayaraq, tərəflər “sülh və sabitlik atmosferinə” nail olunduğunu qeyd edib və mübahisələri dialoq yolu ilə həll etməyə hazır olduqlarını bildiriblər.