
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək məqsədilə Çinə gedib.
Bu barədə "TRT Haber" məlumat verib.
Ərdoğan sentyabrın 1-də sammitdə çıxış edəcək.
Onun zirvə görüşü çərçivəsində dövlət və hökumət başçıları ilə görüşü gözlənilir.