Bayramov Qətər və Küveytdən olan həmkarları ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Misirdə işgüzar səfərdədir
Azərbaycanın xarici işlər naziri Qətər və Küveytdən olan həmkarları ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Küveytin xarici işlər nazirləri Şeyx Salem Abdullah əl-Cabir əs-Sabah və Qətərin xarici işlər nazirləri Soltan bin Saad Əl-Murayi ilə görüşüb.
Küveyt naziri ilə görüşdə V.Bayramov iki ölkə arasında əlaqələrin tarixən dostluq prinsipləri üzərində qurulduğunu vurğulayıb.
İkitərəfli və çoxtərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətindən danışıb.
Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın mümkün perspektivlərini müzakirə ediblər.
Qətərin xarici işlər naziri ilə görüşdə gündəlikdə duran məsələlər və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.