İrəvandan XİN başçılarının üçtərəfli görüşü barədə açıqlama
Bu barədə "Sputnik Armenia" xəbər verir
"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur". Bu barədə "Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan deyib. "İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tbilisinin səyləri müsbət qiymətləndirilir", - deyə o bildirib. "Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvada keçirilən üçtərəfli görüşdən imtina etmişdi.