XƏBƏRLƏR / Siyasət

Tramp Avropanı Rusiyadan neft almağı dayandırmağa çağırıb

ABŞ Prezidenti bunu Avropa liderləri ilə telefon danışığı zamanı tələb edib

Tramp Avropanı Rusiyadan neft almağı dayandırmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Avropa liderlərini Rusiyadan neft almağı dayandırmağa çağırıb.

    Bu barədə “The New York Post” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

    “Prezident Tramp vurğulayıb ki, Avropa müharibəyə sponsorluq edən Rusiyadan neft almağı dayandırmalıdır, çünki Rusiya Avropaya neft satışından hər il 1,1 trilyon avro qazanır”, – Ağ Evin sözçüsü nəşrə bildirib.

    "Prezident qeyd edib ki, Avropa liderləri Rusiyanın müharibə səylərini dəstəklədiyinə görə Çinə iqtisadi təzyiq göstərməlidir", - mənbə əlavə edib.

    Sentyabrın 4-də Finlandiya Prezidenti Alexander Stubbs bildirmişdi ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Trampın müşavirləri yaxın 24 saat ərzində Rusiyanın enerji sektoruna qarşı sanksiyaları müzakirə edəcəklər.