Avropa Parlamenti üzvləri Macarıstanı cəzalandırmaq istəyir
Onlar ölkəni Avropa İttifaqında səsvermə hüququndan məhrum etmək istəyirlər

Avropa Parlamentinin 60-dan çox üzvü Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsini tələb edir. Bu barədə “Politico” məlumat yayıb.
Bundan əlavə, Aİ xarici işlər nazirləri Budapeştdə keçiriləcək xarici işlər sammitini boykot etməyə hazırlaşır.
Qeyd edək ki, Avropa Parlamentinin 705 üzvü var.