Avropa Ermənistanla viza rejimini asanlaşdırmağa söz verir
AŞ Avropa Komissiyasının viza rejiminin liberallaşdırılması ilə bağlı təklifi təsdiqləyib
Bu gün Brüsseldə Avropa Şurası Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq təklifini təsdiqləyib.
"Azadlıq" radiosunun Avropa redaktoru Rikard Jozviak belə izah edir: “27 üzv dövlətin təsdiqindən sonra məsələ Avropa Komissiyasına veriləcək, o, danışıqların dəqiq nə vaxt başlayacağını və İrəvana hansı addımların təklif olunacağını açıqlayacaq”.