Maqdalena Qrono Toivo Klaarı əvəz edəcək
Aİ Siyasi və Təhlükəsizlik Komitəsi Aİ Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsini dəyişir
Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib.
Maqdalena Qrono bu vəzifədə Toivo Klaarı əvəz edərək Aİ-nin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.
Çexiya vətəndaşı Qrono bundan əvvəl "Beynəlxalq Böhran Qrupu"nun Avropa və Mərkəzi Asiya üzrə Proqram direktoru olub.
Onun namizədliyinin Aİ Şurası tərəfindən rəsmən təsdiqlənib.
Qeyd edək ki, Toivo Klaar 2017-ci il noyabrın 13-dən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.