Dövlət başçılarının görüşü: Mirziyoyev Qırğızıstana gəlib

Qonağı Prezident Sadır Japarov qarşılayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • İyulun 30-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana dövlət səfərinə gəlib.

    Prezident Sadır Japarov qonağı İssık-Kul Beynəlxalq Aeroportunda qarşılayıb.

    Dövlət səfəri zamanı Şavkat Mirziyoyev Sadir Japarovla təkbətək və geniş tərkibdə danışıqlar aparacaq.

    Özbəkistan Prezidenti həmçinin İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək Orta Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirak edəcək.