XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov BƏƏ-yə rəsmi səfərə gedib

Bu barədə XİN məlumat verib

Ceyhun Bayramov BƏƏ-yə rəsmi səfərə gedib
Ceyhun Bayramov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

    XİN-dən verilən xəbərə görə, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.