Strasburqda Əli Nağıyev Mariya Peyçinoviç-Buriçlə görüşüb
AŞ baş katibi iştirakı ilə Azərbaycanın DTX rəhbəri AŞ insan orqanlarının alverinə qarşı mübarizə haqqında Konvensiyasını imzalayıb
Oktyabrın 30-da Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin görüşü olub.
"Görüşdə əsas diqqət inamın möhkəmləndirilməsi üzrə tədbirlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqa töhfə verilməsinin vacibliyinə yönəldilib.
Mariya Peyçinoviç-Buriç bildirib ki, Avropa Şurası ölkələrinin ərazisində yaşayan hər kəs Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş insan hüquqlarını və əsas azadlıqları tam şəkildə həyata keçirmək hüququna malikdir.
Baş katibin iştirakı ilə keçirilən mərasimdə Əli Nağıyev Avropa Şurasının insan orqanlarının alverinə qarşı mübarizə haqqında Konvensiyasını imzalayıb", - Avropa Şurasının press-relizində deyilir.