Emin Hüseynov amerikalı diplomatla görüşüb
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi məlumat yayıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi "X" sosial media hesabında paylaşım edib.
"Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon və səfirliyin bir neçə əməkdaşının iştirakı ilə görüş keçirilib. Görüşdə işğaldan azad edilmiş ərazilərə səfər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub", - paylaşımda qeyd olunub.

1 dəqiqədən az