XƏBƏRLƏR / Siyasət

Tailand və Kamboca sülh müqaviləsi imzalayıblar

Bu barədə xarici media xəbər verir

Tailand və Kamboca sülh müqaviləsi imzalayıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tailandın və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsi imzalayıblar.

    Bu barədə xarici media xəbər verir.

    Tailandın Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqun daha əvvəl bildirib ki, tərəflər sülh müqaviləsi deyil, münaqişənin sülh yolu ilə həlli üçün təməl qoymaq məqsədi daşıyan birgə bəyannamə imzalayırlar.